22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
“Spartak” Promesin saxlanmasına münasibət bildirib
Tarix: 14-03-2024 11:32 | Bölmə: Karusel

"Spartak"ın hücumçusu Kuinsi Promes Hollandiyanın tələbi ilə Birləşmiş Ərəb Əmirliklərində həbs edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hollandiyalılar futbolçunun deportasiya edilməsində israrlıdırlar.
Öz ölkəsində Quincy Promes narkotik alverində iştirak etdiyinə görə 6 il müddətinə azadlıqdan məhrum edilib. Qohumuna bədən xəsarəti yetirdiyinə görə futbolçu daha il yarım həbs cəzası alıb.
Quincy Promes "Spartak" toplanışından sonra Əmirlikdən Rusiyaya qayıda bilməyib. Futbolçu yol hərəkəti qaydalarını pozduğuna görə cərimələnib. Lakin sonra Quincy Hollandiyanın tələbi ilə saxlanılıb. Hollandiyalını vətəninə deportasiya gözləyir. Bu baş verərsə, Promes barmaqlıqlar arxasına düşəcək.
“Spartak”  futbolçunun saxlanmasına münasibət bildirib. "Promesin vəkilləri və meneceri BƏƏ-də saxlanılan futbolçu haqqında həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı kluba məlumat veriblər. Promesin müdafiəsi Amsterdam Rayon Məhkəməsinin hökmündən apellyasiya şikayəti prosesini davam etdirəcək. Hollandiya rəsmilərinin onun Hollandiyaya ekstradisiyası ilə bağlı müraciəti. Biz futbolçumuz üçün yaxşı nəticəyə ümid edirik. Vəziyyət inkişaf etdikcə klub Promeslə bağlı gələcək addımlar barədə məlumat verəcək”, - Moskva klubu xəbər verir.




Baxış sayı: 143


Bölməyə aid digər xəbərlər