22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Şariy Rusiya təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etmək niyyətindədir
Tarix: 12-03-2024 22:41 | Bölmə: Karusel

İspaniyada yaşayan ukraynalı bloger Anatoli Şariy özünün Telegram kanalında yazıb ki, onun həyatına sui-qəsdin araşdırılması xahişi ilə Rusiya hüquq-mühafizə orqanlarına müraciət etmək niyyətindədir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Şariy bir müddət əvvəl onun avtomobilinin İspaniyada iki naməlum şəxs tərəfindən avtomat silahdan istifadə edərək atəşə tutulduğunu bildirmişdi.
Krallığın polisi və kəşfiyyat xidmətləri, blogerin sözlərinə görə, insidentin araşdırılmasında lazımi səy göstərməyib, ona görə də o, Rusiya Federasiyasının səlahiyyətli orqanlarına müraciət etmək məcburiyyətində qalıb.
"Yuxarıda qeyd olunan xidmətlərdən ilk xahişlə mövzu ilə bağlı topladığımız və əldə etdiyimiz bütün faktiki məlumatları çatdırmağa hazıram" deyə, bloger yazıb.



Baxış sayı: 144


Bölməyə aid digər xəbərlər