22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Mağazada baş verən yanğın təxminən 900 kvadratmetr ərazini əhatə edib
Tarix: 12-03-2024 12:15 | Bölmə: Karusel

Aleksandrovskda mağazalardan birində baş vermiş güclü yanğının söndürülməsinə 30-a yaxın adam cəlb olunub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, martın 12-də Perm diyarının Aleksandrovsk şəhərində ikimərtəbəli mağazada yanğın baş verib. Yanğın təxminən 880 kvadratmetr ərazini əhatə edib, binanın çardağı ilə ikinci mərtəbəsi arasında tavanı qismən dağılıb.
Mağazadan 9 nəfər özbaşına təxliyyə olunub.Həlak olanlar barədə məlumat dəqiqləşdirilir.
Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin 30 əməkdaşı və 8 texnikası cəlb olunub. Hazırda yanğınsöndürənlər alovun genişlənməsinin qarşısını ala bilib. Yanğının baş vermə səbəbləri və şəraiti araşdırılır.



Baxış sayı: 150


Bölməyə aid digər xəbərlər