22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
SIPRI: Rusiya silah ixracına görə dünyada üçüncü yerdədir
Tarix: 11-03-2024 13:57 | Bölmə: Karusel

Rusiya bu yeri 2019-2023-cü illərdə götürdü.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) bildirir ki, silah ixracında ABŞ və Fransadan sonra üçüncü yeri tutur.
Bu illər ərzində Rusiya silahlarının ixracı 53% azalıb. Belə ki, 2019-cu ildə Rusiya 31, 2023-cü ildə isə 12 ölkəyə silah və texnika tədarük edib. Rusiya silahlarının əsas idxalçıları Asiya və Okeaniya (Rusiya ixracının 68%-i), Hindistan (34%) və Çin (21%) ölkələri olub.
“Rosoboroneksport”un (ROE) rəhbəri Aleksandr Mixeyev qeyd edib ki, sifarişlərin 50%-i Yaxın Şərq və Şimali Afrika ölkələrindən gəlir. ROE-nin sifariş portfeli son 23 ildə rekord həddə - 55 milyard dollar təşkil edir.



Baxış sayı: 137


Bölməyə aid digər xəbərlər