22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Mirançukun "Atalanta" klubu "Yuventus"la bərabərə qalıb
Tarix: 10-03-2024 23:10 | Bölmə: Karusel

Futbol üzrə İtaliya çempionatının 28-ci turunda “Yuventus” səfərdə “Atalanta” ilə heç-heçə edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  turində baş tutan görüş 2:2 hesabı ilə başa çatıb.
Meydan sahibləri Andrea Kambiaso (66-cı dəqiqə) və Arkadiuş Milikdən (70), qonaqların heyətində isə Ten Kopmijners dubla imza atıb (35, 75).
Rusiyalı "Berqamasko"nun yarımmüdafiəçisi Aleksey Mirançuk meydana yalnız 88-ci dəqiqədə Şarl De Ketelarenin əvəzində meydana çıxıb.
Oyun gününün paralel matçında "Milan" doğma meydanda "Empoli"yə qalib gəlib (1:0), "Verona" isə səfərdə "Leççe"dən güclü olub (1:0). “Fiorentina” bazar günü “Roma” ilə qarşılaşacaq.
İtaliya çempionatına 28 oyundan sonra 75 xalla bir gün əvvəl “Bolonya”nı məğlub edən (1:0) “İnter” başçılıq edir. "Milan" cədvəlin ikinci pilləsində (59 xal), "Yuventus" üçüncü (58), "Bolonya" dördüncü (51), "Roma" isə ilk beşliyi (47) tamamlayır.



Baxış sayı: 125


Bölməyə aid digər xəbərlər