22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
ISU diskvalifikasiya edilmiş Vəliyevanın dopinq testini davam etdirəcək
Tarix: 08-03-2024 13:40 | Bölmə: Karusel

Kamilə Vəliyeva cari mövsüm üçün yenilənmiş beynəlxalq dopinq test hovuzuna daxil edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bundan əvvəl rus fiqurlu konkisürən dörd il müddətinə diskvalifikasiya edilmişdi.
TASS-ın məlumatına görə, Vəliyeva Beynəlxalq Konkisürmə İttifaqının yoxlamalarından əlavə, Rusiya Antidopinq Agentliyi tərəfindən də dopinq testindən keçir. 2023-cü ildə rusiyalı qadın iki dəfə yoxlanılıb.
ISU-nun dopinq-test fonduna Kamilanın həmyerliləri Yevgeni Semenenko, Petr Qumennik, Dmitri Kozlovski, Aleksandr Qalyamov, Sofya Akatiyeva, Anastasiya Mişina, Adeliya Petrosyan və Aleksandra Boykova da daxildir.
Yanvarın 29-da İdman Arbitraj Məhkəməsi Vəliyevanı antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya edib. İdmançının cəzası 25 dekabr 2021-ci ildə başlayır. Bu tarixdən sonra rus fiqurlu konkisürməçinin göstərdiyi bütün nəticələr ləğv edilir.
Daha əvvəl məlum olub ki, Rusiya İdman Nazirliyi Vəliyevanı milli komandadan kənarlaşdırıb.



Baxış sayı: 146


Bölməyə aid digər xəbərlər