22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub
Tarix: 06-03-2024 19:24 | Bölmə: Karusel

Martın 6-da saat 00:15 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində 1998-ci il təvəllüdlü İlham Haqverdiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Sabaha-inamla.az-a Baş Araşdırmalarla 2006-cı il təvəllüdlü Məzahir Bayramovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı İlham Haqverdiyevi kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Məzahir Bayramov iş üzrə prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.

Sabaha-inamla.az



Baxış sayı: 195


Bölməyə aid digər xəbərlər