22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Rusiya MAQATE ilə bütün sahələrdə gələcəkdə işləməyə hazırdır
Tarix: 06-03-2024 18:39 | Bölmə: Karusel

Rusiya MAQATE ilə bütün sahələrdə gələcəkdə işləməyə hazırdır və qarşılıqlı addımlara görə minnətdardır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Vladimir Putin agentliyin rəhbəri Rafael Qrossi ilə görüşü zamanı bildirib.
Dövlət başçısı MAQATE rəhbərinin diqqətini ona yönəldib ki, Rusiya nüvə obyektlərinin təhlükəsizliyinin yaxşılaşdırılması üçün hər şeyi edir. Bundan əlavə, ölkəmiz nüvə enerjisi sahəsindəki inkişafı bütün maraqlı tərəfdaşlarla bölüşməyə hazırdır.
Vladimir Putin bildirib ki, Rusiya dövlətin nüvə enerjisi ilə məşğul olduğu istənilən nöqtədə təhlükəsizliyi təmin etmək üçün hər şeyi etməyə hazırdır.
Prezidentin Rafael Qrossi ilə görüşü Soçidəki Boçarov Ruçey iqamətgahında baş tutub. Bundan əvvəl Putin və MAQATE rəhbəri 2022-ci ilin oktyabrında Sankt-Peterburqda şəxsən görüşüblər.



Baxış sayı: 137


Bölməyə aid digər xəbərlər