22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Tver məhkəməsi keçmiş futbolçu Savini qiyabi həbs edib
Tarix: 06-03-2024 18:08 | Bölmə: Karusel

Moskvanın Tverskoy Məhkəməsi bloger və keçmiş futbolçu Yevgeni Savinin işinə baxıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Savin rus ordusunu gözdən saldığı üçün qiyabi həbs olunub.
Hazırda Yevgeni Savin xaricdədir. Rusiyaya gəlsə, nəzarətə götürüləcək.
RİA Novosti xəbər verir ki, Yevgeni Savin 2 ay müddətinə həbs edilib. Keçmiş futbolçunun nəzarətə götürüldüyü gündən geri sayım başlayacaq. Savinə qarşı cinayət işi ötən ilin sentyabrında Yevgeni Rusiya və onun silahlı qüvvələri əleyhinə bəyanatlar verməyə icazə verdikdən sonra açılıb. Əvvəllər Savin oxşar hərəkətə görə 50 min rubl cərimə olunmuşdu.
Evgeni Savinin 39 yaşı var. O, futbolçu kimi “Amkar”, “Krılya Sovetov”, “Anji”, “Tom”, “Ural” və “Arsenal”da çıxış edib. Karyerasını bitirdikdən sonra Evgeni teleaparıcı və bloger oldu. O, həmçinin "Krasava" klubunu yaradıb və onun prezidenti olub. 2022-ci ildə Savin klubu Kiprə köçürüb.




Baxış sayı: 143


Bölməyə aid digər xəbərlər