22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Rusiya Media Liqası klubu Pol Poqbanı dəvət edib
Tarix: 06-03-2024 16:37 | Bölmə: Karusel

Fransa millisində futbol üzrə dünya çempionu Pol Poqba karyerasını Rusiya klubundan davam etdirmək təklifi alıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, söhbət Media Liqasının “Bruk Boyz” komandasından gedir.
Bu barədə komandanın idman direktoru Artem Xaçaturyan məlumat verib. "Biz həqiqətən də Paul Poqbanı dəvət etdik. Mino Rayolanın ölümündən sonra işlərini davam etdirən agentliyinə müraciət etdik. Rafaela Pimenta Paulun işlərinə cavabdehdir, lakin indiyə qədər onlar nəzakətli imtina ilə cavab verdilər" klubdan deyilib.
Xatırladaq ki, Poqba antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə diskvalifikasiya edilmişdi. O, peşəkar səviyyədə yarışa bilməyəcək, lakin həvəskar turnirlərdə iştirak edə bilər.



Baxış sayı: 139


Bölməyə aid digər xəbərlər