22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Böyük Britaniya milyarder Makarova qarşı sanksiyaları ləğv edib
Tarix: 05-03-2024 21:00 | Bölmə: Karusel

Ötən il Rusiya vətəndaşlığından imtina edən milyarder İqor Makarov Böyük Britaniyanın sanksiya siyahısından çıxarılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Krallığın Maliyyə Nazirliyinin yaydığı sənəddə deyilir.
Sanksiya siyahısına edilən qeyddə aydın olur ki, Makarova artıq aktivlərin müsadirəsi və trast xidmətlərinin göstərilməsi qadağası ilə bağlı sanksiyalar tətbiq edilmir.
Bundan əvvəl Böyük Britaniya rusiyalı iş adamı, bankir Oleq Tinkov, 2022-ci ilin fevral ayına qədər Sberbank sədrinin birinci müavini vəzifəsini tutan Lev Xasis, eləcə də Otkritie Bankın idarə heyətinin üzvlərindən biri kimi qeyd edilən Sergey Stoqnienkoya qarşı sanksiyaları ləğv edib.TASS yazır.
Bu ilin fevral ayında Rusiya Federasiyasının Ədliyyə Nazirliyi Tinkovu xarici agentlərin reyestrinə əlavə edib. 2022-ci ilin oktyabrında iş adamı Rusiya vətəndaşlığından imtina edib.



Baxış sayı: 156


Bölməyə aid digər xəbərlər