22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Rusiya ordusunda 37,5 mindən çox qadın xidmət edir
Tarix: 05-03-2024 14:42 | Bölmə: Karusel

Rusiya Silahlı Qüvvələrinin sıralarında 37,5 mindən çox qadın hərbçi var, Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, çərşənbə axşamı keçirilən konfrans zamanı Şoyqu həmçinin qeyd edib ki, daha 270 minə yaxın qadın hərbi təşkilatlarda və hərbi hissələrdə müxtəlif mülki vəzifələr tutur.
Nazir qarşıdan gələn 8 Mart bayramı ilə əlaqədar olaraq qadınlara xidmətlərinə görə təşəkkürünü bildirib, onlara cansağlığı, ailələrinə səadət arzulayıb.
"Qadınların öz istedadlarını, bacarıqlarını və ambisiyalarını nümayiş etdirə bilməyəcəyi elə bir peşə və ya peşəkar sahə qalmayıb. Ordu və donanma da istisna deyil", - Şoyqu vurğulayıb.
Ötən il Şoyqu Sevastopolda yerüstü dronların hücumunu dəf edən qadın əsgərlərə dövlət mükafatları təqdim edib. Şöbə müdiri Marina Faleyeva və Tatyana Tseluikoya “İgidliyə görə” ordenini təqdim edib.



Baxış sayı: 146


Bölməyə aid digər xəbərlər