22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
"Voetbalprimeur": Rusiya hakimiyyəti Promes üçün ayağa qalxdı
Tarix: 04-03-2024 21:51 | Bölmə: Karusel


"Spartak"ın lideri Quincy Promes yaxın günlərdə ev dustaqlığında olduğu Birləşmiş Ərəb Əmirliklərini tərk edəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, futbolçu Rusiyaya qayıdacaq.
Hollandiya yeddi il yarım həbs cəzasına məhkum edilmiş Quincy Promes-in ekstradisiyasında israr edib. Amma futbolçu sərbəst qalacaq və "Spartak"a keçə biləcək.
Hollandiyanın “Voetbalprimeur” nəşri yazıb ki, Promes-in azad edilməsinə Rusiya və Birləşmiş Ərəb Əmirlikləri nümayəndələri arasında yüksək siyasi səviyyədə gedən danışıqlar sayəsində nail olunub. Rusiya tərəfi "Spartak"ın oyunçusunun buraxılmasına nail olub.
Quincy Promes qəza yerini tərk etdiyinə görə cərimə ödəyəcək. “Spartak” hücumçunu “Zenit”lə oyuna gəlmədiyinə görə də cərimələyəcək. Bununla belə, Quincy martın 10-da "Fakel"lə 20-ci tur matçında meydana çıxa biləcək.



Baxış sayı: 153


Bölməyə aid digər xəbərlər