Bütün xəbərlər
Kvaratsxeliya qol vurdu, "Napoli" "Yuventus"u məğlub etdi
Tarix: 04-03-2024 12:15 | Bölmə: Karusel

"Napoli" futbol klubu A seriyasında "Yuventus" üzərində minimal hesablı qələbə qazanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 27-ci turun görüşü Dieqo Armando Maradona stadionunda baş tutub və 2:1 hesabı ilə neapolluların xeyrinə başa çatıb.
Meydan sahiblərinə qələbə Xviça Kvaratsxeliya (43 dəqiqə) və 88-ci dəqiqədə Viktor Osimhenin uğursuz penalti zərbəsindən sonra son nöqtəni qoyan Cakomo Raspadorinin dəqiq zərbələri ilə təmin edilib.
Turinlilər 81-ci dəqiqədə Federiko Kyezanın qolu ilə cavab verib.
Beləliklə, "Napoli" 43 xal toplayıb və İtaliya çempionatının cədvəlində 9-cu yerdən 7-ci pilləyə yüksəlib. "Yuventus" 57 xalla ikinci yerdə qərarlaşıb.


Baxış sayı: 58


Bölməyə aid digər xəbərlər