Bütün xəbərlər
RPL prezidenti Alayev Promes işi və turnirdə iştirakından danışıb
Tarix: 03-03-2024 20:57 | Bölmə: Karusel

Cinayət törətmiş futbolçu RPL çempionatında oynamamalıdır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Kuinsi Promes haqda bu fikri Rusiya Premyer Liqasının rəhbəri Aleksandr Alayev deyib.
"İş bağlanmayana qədər mən onu qınamayacağam. Əgər insan cinayət törədibsə, oynamamalıdır... Digər tərəfdən, işləmək hüququ var, biz onun oynamasına qadağa qoya bilmərik", - TASS RPL rəhbərindən sitat gətirir.
Fevralın 14-də Promes narkotik qaçaqmalçılığı ittihamı ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra "Spartak"ın forvardı apellyasiya şikayəti verib.
Kvinsi Rusiya çempionatının 19-cu turunun "Zenit"lə matçında BƏƏ-də saxlandığı üçün "qırmızı-ağlar"a kömək edə bilməyib. Hollandiyalı hücumçu qəza yerindən qaçmaqda ittiham olunur.


Baxış sayı: 63


Bölməyə aid digər xəbərlər