Bütün xəbərlər
“Zenit” – “Spartak” oyunu rekord sayda tamaşaçı toplayıb
Tarix: 02-03-2024 23:08 | Bölmə: Karusel

RPL-in “Zenit” – “Spartak” matçına azarkeş kartının tətbiqindən sonra tamaşaçıların sayı rekord həddə çatıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, turun mərkəzi görüşündə 57 865 tamaşaçı iştirak edib.
Əvvəlki rekord 2023-cü il noyabrın 11-də baş tutan "Zenit" - "Krasnodar" oyununda qeydə alınıb. Onu 46 701 tamaşaçı izləyib.
Xatırladaq ki, 2021-ci il dekabrın 30-da Vladimir Putin 2022-ci il iyunun 1-dən Rusiya futbol çempionatının oyunlarına giriş üçün azarkeş kartının tətbiqi haqqında qanun imzalayıb.
RPL-in 19-cu turunun "Zenit" - "Spartak" görüşü 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.


Baxış sayı: 64


Bölməyə aid digər xəbərlər