Bütün xəbərlər
"Spartak"ın hücumçusu Promes Dubayda polis idarəsini tərk edib
Tarix: 01-03-2024 21:38 | Bölmə: Karusel

Moskva “Spartak”ının hücumçusu Quincy Promes polis idarəsindən azad edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bununla belə, futbolçunun BƏƏ-dən çıxmasına qadağa qoyulub.
"O, polis idarəsində deyil", - RİA Novosti yerli polis nümayəndəsindən sitat gətirir.
Daha əvvəl məlum olub ki, Promes hava limanında saxlanılıb və komanda ilə Sankt-Peterburqa uça bilməyib.
Daha sonra futbolçunun qəza yerindən qaçdığı barədə məlumat yayılıb. Məhz bu səbəbdən o, pasport nəzarətindən keçə bilməyib.
Artıq “Spartak” hücumçunun həbsi ilə bağlı açıqlama yayıb. Promes mütləq "Zenit"lə oyunu buraxacaq. Bundan başqa, o, paytaxt klubu tərəfindən intizam tənbehinə məruz qalacaq.


Baxış sayı: 66


Bölməyə aid digər xəbərlər