Bütün xəbərlər
Kamikadze pilotsuz təyyarənin hücumu zamanı 3 nəfər ölüb
Tarix: 01-03-2024 18:48 | Bölmə: Karusel

Qubernator Vladimir Saldo bildirib ki, Xerson vilayətinin Qolopristanski rayonunda Ukraynaya məxsus pilotsuz təyyarənin hücumu nəticəsində 3 nəfər həlak olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Malaya Kardaşinka kəndində kamikadze pilotsuz uçuş aparatının hərəkətdə olan avtomobilə çırpılması nəticəsində maşında olan hər kəs həlak olub.
Bir gün əvvəl Kaxovka rayonunun Korobki kəndində PUA fermerin avtomobilinə hücum edib, iki nəfər yaralanıb.
"Düşmən operatorları xüsusi olaraq dronları mülki avtomobillərə yönəldir. Bu cür hücumların heç bir hərbi əhəmiyyəti yoxdur", - deyə, rayon rəhbəri qeyd edib.


Baxış sayı: 58


Bölməyə aid digər xəbərlər