Bütün xəbərlər
“Barselona” öz brendi altında oyun formaları yaratmağı planlaşdırır
Tarix: 01-03-2024 17:13 | Bölmə: Karusel

İspaniyanın "Barselona" klubu yaxın vaxtlarda Nike ilə əməkdaşlığı dayandıra bilər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, mavi qranatlar öz brendləri altında oynamaq istəyirlər.
"Sport.es" xəbər verir ki, Kataloniya klubu Amerika şirkəti ilə müqaviləni pozmağa hazırlaşır. "Barselona" öz dəstini artıq qeyri-idman klub geyimləri istehsal edən BLM şirkətinin köməyi ilə yaratmağı planlaşdırır.
Yekun qərar martın ortalarından gec olmayaraq qəbul edilməlidir. Barselona əmindir ki, öz brendi altında formaların buraxılması kluba böyük gəlir gətirəcək.
“Blauqrana” 26 turdan sonra 57 xalla İspaniya Futbol Çempionatının turnir cədvəlində üçüncüdür.


Baxış sayı: 65


Bölməyə aid digər xəbərlər