Bütün xəbərlər
İstismardan çıxarılan "Ermak" buzqıran gəmisi yanıb
Tarix: 29-02-2024 16:51 | Bölmə: Karusel

Sankt-Peterburqun Dəniz Limanında zərərsizləşdirilməkdə olan, istifadə olunmayan “Ermak” buzqıran gəmisində zibil alovlanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə şəhər üzrə Fövqəladə Hallar Nazirliyinə məlumat verilib.
İdarədən verilən məlumata görə, 20 kvadratmetr sahədə zibil yanıb. Şimal-Qərb Nəqliyyat Prokurorluğundan aydınlıq gətirilib ki, yanğın hadisə zamanı qaynaq işləri aparılan birinci göyərtədəki anbarda baş verib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğının söndürülməsinə 12 texnika və 46 canlı qüvvə cəlb olunub.
Qərb Regionlararası Nəqliyyat İstintaq İdarəsi araşdırmaqabağı yoxlamaya başlayıb.


Baxış sayı: 74


Bölməyə aid digər xəbərlər