Bütün xəbərlər
Dünya çempionu Poqba dopinqə görə 4 il müddətinə futboldan uzaqlaşdırılıb
Tarix: 29-02-2024 16:27 | Bölmə: Karusel

İtaliyanın "Yuventus" klubunun fransız yarımmüdafiəçisi Pol Poqba antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə futboldan uzaqlaşdırılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Tuttosport" xəbər verir. Ötən ilin sentyabrında idmançının dopinq nümunəsində yüksək səviyyədə testosteron olduğu aşkarlanıb. Futbolçu təkrar dopinq testindən də keçə bilməyib.
Testosteron terapevtik istisnasız qəbul edilməməli olan dərmanlardan biridir.
Fransa millisinin tərkibində Poqba 2018-ci il dünya çempionatının qalibi, 2016-cı il Avropa çempionatında isə gümüş medal qazanıb.
Fransız futbolçu 2022-ci ilin iyulunda "Mançester Yunayted"dən "Yuventus"a qayıdıb. Bu müddət ərzində o, turinlilərin heyətində cəmi 12 oyun keçirib. Qalan vaxtlarda futbolçu zədələrini müalicə edib və məşqdə formaya düşüb.


Baxış sayı: 75


Bölməyə aid digər xəbərlər