Bütün xəbərlər
İki tikili yanır
Tarix: 28-02-2024 09:43 | Bölmə: Karusel


Rusiya Fövqəladə Hallar Nazirliyi İrkutsk vilayətinin Çunski kəndində yanğınla bağlı məlumat yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, birmərtəbəli binanın dam örtüyü yanıb, daha sonra alov yaxınlıqdakı üçmərtəbəli mağaza binasına keçib. RİA Novosti xəbər verir ki, yanğının ümumi sahəsi 1080 kvadratmetrdir.
Hadisə yerinə 19 yanğınsöndürən və yanğınsöndürən qatar daxil olmaqla 7 texnika sürətlə gəlib.
Ölən və yaralananlar olmayıb.


Baxış sayı: 61


Bölməyə aid digər xəbərlər