Bütün xəbərlər
Qluşakov yeni klubunda debüt edib
Tarix: 27-02-2024 23:03 | Bölmə: Karusel

Rusiyalı futbolçu Denis Qluşakov yeni klubu - Ermənistanın "Urartu"sunda debüt edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu, onun imzalanması elan edildiyi gün baş verib.
Qluşakov “Urartu”nun heyətində ilk oyununu Ermənistan Premyer Liqasının 22-ci turunun “Pyunik”lə ev oyununda keçirib. Denis oyuna ehtiyatda başlayıb və fasilədən dərhal sonra meydana daxil olub.
Maraqlıdır ki, Qluşakov həmyerlisi Nikolay Prudnikovu əvəzləyib. Görüş 1:1 hesabı ilə başa çatıb: qonaqların Artak Daşyanın vurduğu qoluna meydan sahibləri Perişa Peşukiçin dəqiq zərbəsi ilə cavab verib. 45+10-cu dəqiqədə azlıqda oynayan “Urartu” Narek Ağasaryanın qırmızı vərəqə alması ilə geri dönüb.
Qluşakov oyunu sona qədər oynasa da, heç bir təsirli hərəkətə imza atmayıb.



Baxış sayı: 77


Bölməyə aid digər xəbərlər