Bütün xəbərlər
Özbək icmasının başçısı terrorçu və ekstremistlər siyahısına salınıb
Tarix: 27-02-2024 21:29 | Bölmə: Karusel

“Vətəndosh” özbək icmasının rəhbəri Usman Baratov terrorçu və ekstremistlər siyahısına əlavə edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun barəsində cinayət işi araşdırılır.
Yanvarın 19-da Moskvanın Zamoskvoretski Məhkəməsi Baratovu xüsusi hərbi əməliyyatın iştirakçıları haqqında sosial şəbəkədə yazı dərc etdikdən sonra nifrət və ya düşmənçilik salmaqda ittiham edərək istintaq təcridxanasına göndərib.
İstintaq Komitəsi qeyd edib ki, Baratov təqsirini boynuna almayıb. Onu üç ildən altı ilədək həbs gözləyir.
Əvvəllər NTV kanalının keçmiş aparıcısı Yevgeni Kiselev (Rusiya Federasiyasında xarici agent kimi tanınıb) ekstremistlərin və terrorçuların reyestrinə daxil edilib.


Baxış sayı: 83


Bölməyə aid digər xəbərlər