Bütün xəbərlər
Finlandiyanın "Fortum" şirkəti Rusiyaya qarşı arbitraj prosesinə başlayıb
Tarix: 27-02-2024 21:14 | Bölmə: Karusel

Finlandiyanın “Fortum” dövlət enerji şirkəti Rusiyaya qarşı arbitraj prosesi başlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, təşkilat onun aktivlərinin qanunsuz ələ keçirilməsinə görə təzminat tələb etmək niyyətindədir.
Prosesin başlanması Rusiya ilə İsveç və Hollandiya arasında ikitərəfli investisiya müqavilələri üzrə öhdəliklərin pozulması ilə bağlıdır.
Bundan əvvəl Rusiyaya qarşı arbitraj prosesini ukraynalı iş adamı Rinat Axmetov başlatmışdı. Onun SKM şirkətinin mətbuat xidmətindən verilən açıqlamaya görə, Axmetov “fəaliyyətə müdaxilə və ya aktivlərin və investisiyaların müsadirəsi nəticəsində” ona dəyən bütün itkilərə görə Rusiya Federasiyasından kompensasiya tələb etmək istəyir.


Baxış sayı: 72


Bölməyə aid digər xəbərlər