Bütün xəbərlər
Kuzyaev Fransa çempionatında dörd oyunluq cəzalanıb
Tarix: 26-02-2024 15:03 | Bölmə: Karusel


Fransa Futbol Federasiyasının nizam-intizam komitəsi "Havr"ın yarımmüdafiəçisi Daler Kuzyaevlə bağlı qərar qəbul edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, rusiyalı futbolçu "Strasburq"la kubok matçında birbaşa qırmızı vərəqə alıb.
Daler Kuzyaev dörd oyunluq cəzalanıb. Cəza Fransa çempionatının oyunlarına şamil edilir.
Daler artıq cəzasının yarısını çəkib. O, iki təqvim matçını buraxıb. Kuzyaev "Tuluza" ilə martın 10-na planlaşdırılan oyunda iştirak edə biləcək.
Rusiya millisinin yarımmüdafiəçisi Daler Kuzyaev 2023-cü ilin yayında "Zenit"dən "Havr"a gəlib. Futbolçu yeni klubunda bütün turnirlərdə 23 oyun keçirib, 3 qol vurub və bir məhsuldar ötürmə edib.




Baxış sayı: 82


Bölməyə aid digər xəbərlər