Bütün xəbərlər
MKİ direktoru gizli şəkildə Ukraynaya səfər edib
Tarix: 25-02-2024 22:34 | Bölmə: Karusel

“The New York Times” ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnsün gizli şəkildə Ukraynaya getdiyini yazıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, nəşrin yazdığına görə, Börns Kiyevə əlavə yardımı bəyənmədiyi bir şəraitdə rəhbərliyini sakitləşdirmək üçün Ukraynaya səfər edib. Bu, MKİ direktorunun münaqişə başlayandan bəri onuncu səfəridir.
Xatırladaq ki, 2023-cü ilin oktyabrından ABŞ Konqresinin Nümayəndələr Palatası Ukrayna üçün əlavə maliyyələşdirmə paketini təsdiq edə bilməz. Avropa silahlarının tədarükü isə Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarını ödəmir.
Bundan əvvəl NYT xəbər vermişdi ki, son səkkiz il ərzində MKİ Ukraynada Rusiya ilə sərhəddə yerləşən gizli bazalar şəbəkəsi yaradıb.


Baxış sayı: 80


Bölməyə aid digər xəbərlər