Bütün xəbərlər
Ukraynanın “sülh formulu” üzrə ilk sammit yazda baş tuta bilər
Tarix: 25-02-2024 21:32 | Bölmə: Karusel

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya ilə münaqişənin sülh yolu ilə həlli planına həsr olunmuş ilk sammit bu ilin yazında keçirilə bilər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, İsveçrədə “sülh formulu” müzakirə olunacaq. Yaxın həftələrdə və aylarda daha ətraflı məlumat veriləcək.
Zelenski əlavə edib ki, Rusiya sammitə dəvət oluna bilər, lakin müzakirə üçün deyil. Plana əsasən, yekun sənəd Rusiya Federasiyasının nümayəndələrinə təklif olunacaq.
Daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya tərəfi münaqişənin sülh yolu ilə həllinə açıqdır, lakin Qərb ölkələri Rusiya üçün qəbuledilməz olan Zelenskinin “düsturuna” köklənib. Diplomatın sözlərinə görə, Kiyev ilk növbədə Moskva ilə danışıqlara qoyulan qadağanı aradan qaldırmalıdır.


Baxış sayı: 76


Bölməyə aid digər xəbərlər