Bütün xəbərlər
Çin və Qırğızıstan sərhədində nəzərəçarpacaq zəlzələ baş verib
Tarix: 25-02-2024 10:29 | Bölmə: Karusel

Çinin şimal-qərbində Qazaxıstan və Qırğızıstan sakinləri tərəfindən hiss edilən təkanlar baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, müxtəlif mənbələrə görə maqnitudası 5,7-5,9 arasında olan zəlzələ bazar günü saat 12:15-də (Moskva vaxtı ilə 07:15) Çində baş verib. Yeraltı titrəyişlərin episentri Çin və Qırğızıstan sərhədi yaxınlığında, Çinin Aksu şəhərindən 158 kilometr qərbdə, təxminən 7 kilometr dərinlikdə yerləşib.
Üç bal gücündə yeraltı təkanlar Almatıda Qazaxıstan ərazisində də hiss olunub. Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur. Təhlükəli təbiət hadisəsinin fəsadları aydınlaşdırılır.



Baxış sayı: 66


Bölməyə aid digər xəbərlər