Bütün xəbərlər
BMT: Ukraynada hər beşinci ailə acdır
Tarix: 24-02-2024 21:11 | Bölmə: Karusel

Hər beşinci ukraynalı ailə ölkədəki silahlı münaqişə nəticəsində yaranmış vəziyyətə görə ərzaq qıtlığı yaşayır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) nümayəndələri şənbə günü belə məlumatları təqdim ediblər.
Təşkilat əlavə edib ki, ÜƏP öz proqramı vasitəsilə hər ay təxminən 2,4 milyon insana maliyyə və ərzaq dəstəyi göstərir.
Ötən il fevralın 23-də BMT bəyan edib ki, Ukraynada hər üçüncü ailə ərzaq çatışmazlığı yaşayır.
Daha əvvəl bildirilib ki, Ukrayna Nazirlər Kabineti martın 1-dən pensiyaların əvvəllər nəzərdə tutulan 13% əvəzinə 8% artırılmasını təsdiqləyib. Orta pensiya 5717 qrivnaya (150 dollar) qədər artacaq.


Baxış sayı: 74


Bölməyə aid digər xəbərlər