Bütün xəbərlər
Ukrayna və İtaliya əməkdaşlıq müqaviləsi imzalayıb
Tarix: 24-02-2024 21:06 | Bölmə: Karusel

Ukrayna prezidenti Vladimir Zelenski və İtaliyanın baş naziri Giorgia Meloni iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, müqavilə İtaliya və Ukrayna arasında təhlükəsizlik sahəsində uzunmüddətli əməkdaşlıq üçün möhkəm zəmin yaradır, Zelenski deyib. Tərəflər həmçinin İtaliyanın G7-yə sədrliyi dövründə Romanın Kiyevə verə biləcəyi dəstəyi müzakirə ediblər.
Ukrayna artıq Fransa, Almaniya və İngiltərə ilə oxşar müqavilələr imzalayıb. Lakin İtaliya ilə də on il müddətinə nəzərdə tutulan və iqtisadi, diplomatik və hərbi yardımı nəzərdə tutan müqavilədə bu məqsədlərə xərclənməsi gözlənilən məbləğ göstərilmir. Lakin razılaşma hücum edən ölkəyə müqavimət göstərməyə və onu dəf etməyə kömək edəcək tədbirləri müəyyən etmək üçün 24 saat ərzində məsləhətləşmələri nəzərdə tutur.
Bu arada İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani bildirib ki, saziş siyasi və simvolik məna daşıyır, beynəlxalq hüququn qorunmasına sadiqliyi təsdiq edir, lakin hüquqi və maliyyə öhdəlikləri, həmçinin avtomatik siyasi və hərbi dəstək nəzərdə tutmur.


Baxış sayı: 75


Bölməyə aid digər xəbərlər