Bütün xəbərlər
İsveç Dövlət Təhlükəsizlik Xidmətinin qərargahında qaz sızması olub
Tarix: 23-02-2024 21:32 | Bölmə: Karusel

İsveç Dövlət Təhlükəsizlik Xidmətinin (SAPO) əməkdaşları mümkün qaz sızmasından sonra təşkilatın Stokholmdakı baş qərargahından təxliyə edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Dagens Nyheter"in məlumatına görə, 8 nəfər zəhərlənmə əlamətləri ilə xəstəxanaya çatdırılıb.
Fevralın 23-də saat 12:30 radələrində binada həyəcan siqnalı verilib və nəticədə təxminən 500 işçi İsveç Polis Baş İdarəsinə məxsus şimal ətraflarında yerləşən binadan qaçıb. Ərazidə yalnız saat 16:30-da qaldırılan yollara kordonlar qoyulub.
Zərərçəkənlərə yerində ilkin tibbi yardım göstərildikdən sonra onlar xəstəxanaya çatdırılıblar. Bütün xəstələr nəfəs almaqda çətinlik çəkirdilər.
Hadisənin səbəbləri, hansı qaz sızmasının baş verdiyi açıqlanmır.



Baxış sayı: 79


Bölməyə aid digər xəbərlər