Bütün xəbərlər
Rusiya Müdafiə Nazirliyi: İsrail aviasiyası Dəməşqdə yaşayış binasını bombalayıb
Tarix: 23-02-2024 00:29 | Bölmə: Karusel

İsrail Hərbi Hava Qüvvələrinə məxsus "F-16" qırıcısı Suriyanın Dəməşq şəhərində yaşayış binasına idarə olunan bomba atıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Döyüşən Tərəflərin Barışıq Mərkəzinin rəis müavini Vadim Kulit deyir ki, biri qadın olmaqla üç nəfər ölüb.
O, aydınlaşdırıb ki, döyüş təyyarəsi Suriya hava məkanına girmədən Colan təpələrindən bomba atıb.
İsrail Hərbi Hava Qüvvələri Suriyaya əvvəlki zərbəsini fevralın 21-də həyata keçirib. Onun qurbanları İran İslam İnqilabı Keşikçiləri Korpusunun iki müşaviri olub. Suriya ordusunun tərəfində döyüşən daha 6 "Hizbullah" döyüşçüsü yaralanıb. Jurnalistlərin fikrincə, İsrail hücum üçün drondan istifadə edə bilərdi. O, yaşayış binasına və küçədə dayanmış avtomobilə raket zərbələri endirib.


Baxış sayı: 88


Bölməyə aid digər xəbərlər