Bütün xəbərlər
“Krasnodar” “Botafoqo”dan Viktor Sanın transferini açıqlayıb
Tarix: 22-02-2024 20:24 | Bölmə: Karusel

Braziliyalı "Botafoqo"nun hücumçusu Viktor Sa karyerasını Rusiya Premyer Liqasında davam etdirəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı futbolçu "Krasnodar"la 2025-ci ilin iyununa qədər müqavilə imzalayıb.
Sövdələşmənin maliyyə detalları açıqlanmayıb. Nüfuzlu "Transfermarkt" portalının məlumatına görə, “öküzlər” idmançının transferi üçün təxminən 1,5 milyon avro ödəyib.
Bu mövsüm Sa Braziliya komandasının tərkibində bütün turnirlərdə doqquz oyunda iştirak edib və heç bir təsirli hərəkətə imza atmayıb.



Baxış sayı: 83


Bölməyə aid digər xəbərlər