Bütün xəbərlər
Zaporojye AES xarici elektrik xətlərindən tamamilə ayrılıb
Tarix: 21-02-2024 22:45 | Bölmə: Karusel

Zaporojye Atom Elektrik Stansiyası (ZNPP) sonuncu ehtiyat xarici elektrik ötürücü xəttindən ayrılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, MAQATE rəhbəri Rafael Qrossinin bildirdiyinə görə, stansiya Zaporojya AES-in kövrək nüvə təhlükəsizliyini pozan tək 750 kV-luq xətt vasitəsilə elektrik enerjisi alıb.
Zaporojya AES-də altı nüvə reaktorunu və digər blokları soyutmaq üçün xarici elektrik enerjisi lazımdır. Ukraynadakı münaqişədən əvvəl Zaporojya AES-də hər birinin gücü 750 kV olan dörd elektrik ötürücü xətti, həmçinin bir neçə ehtiyat xətti var idi.
ZNPP Enerqodar şəhəri yaxınlığında Dnepr çayının sol sahilində yerləşir. MAQATE ekspertləri 2022-ci il sentyabrın 1-dən stansiyada növbətçilik edirlər.
Bu arada Zaporojya AES-də və ətraf ərazilərdə radiasiya fonu dəyişməyib və stansiyanın təhlükəsizliyinə heç bir təhlükə yoxdur.


Baxış sayı: 70


Bölməyə aid digər xəbərlər