Bütün xəbərlər
Rusiyanın kosmosa nüvə silahı yerləşdirmək planı yoxdur
Tarix: 20-02-2024 20:28 | Bölmə: Karusel

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya həmişə kosmosda nüvə silahının yerləşdirilməsinin qəti əleyhinə olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu mövzu çərşənbə axşamı, fevralın 20-də dövlət başçısının Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşündə qaldırılıb.
Putin Qərbin Rusiyanın guya kosmosda nüvə silahı yerləşdirməyi planlaşdırdığı mövzusunu gündəmə gətirməsindən çaşdığını bildirib.
Rusiya Federasiyasının kosmosdakı obyektləri məhv etmək üçün nüvə silahı yaratmaq layihəsi yoxdur, Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.


Baxış sayı: 74


Bölməyə aid digər xəbərlər