Bütün xəbərlər
Futbol üzrə dünya çempionu Brehme vəfat edib
Tarix: 20-02-2024 15:44 | Bölmə: Karusel

Futbol üzrə Almaniya millisinin sabiq futbolçusu, 1990-cı ilin dünya çempionu Andreas Brehme 64 yaşında vəfat edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun ölümünün səbəbləri barədə rəsmi məlumat verilmir.
Bundesteam-ın keçmiş futbolçusunun ölümü ilə bağlı "Bavariya"nın mətbuat xidməti sosial şəbəkədə məlumat yayıb
Bununla belə, "Bild" jurnalistləri öz növbəsində Brehmenin ölümünün səbəbinin ürək dayanması olduğunu yazır. Qeyd olunur ki, o, tezliklə Münhendəki xəstəxanaya aparılsa da, tibb işçiləri keçmiş futbolçunu xilas edə bilməyib.
Xatırladaq ki, Brehme 1990-cı ildə dünya çempionatının finalında qələbə qolunu vurmuşdu. Daha sonra Almaniya millisi Argentina ilə dünya çempionu olmaq üçün oynayıb və 1:0 hesabı ilə qalib gəlib.


Baxış sayı: 59


Bölməyə aid digər xəbərlər