Bütün xəbərlər
Ukraynanın Baş Kəşfiyyat İdarəsi rusiyalı pilot Kuzminovun ölümünü təsdiqləyib
Tarix: 19-02-2024 20:18 | Bölmə: Karusel

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov rusiyalı pilot Maksim Kuzminovun ölümünü təsdiqləyib.
"Biz ölüm faktını təsdiq edə bilərik"- Rəsmi Ukrayna mediasına şərhində deyib.
Bundan əvvəl ABC telekanalı keçmiş rusiyalı hərbi pilot Maksim Kuzminovun cəsədinin İspaniyada tapıldığını bildirmişdi. KİV-in məlumatına görə, onun cəsədi ölkənin şərqindəki Alikantenin La Villajoyosa qəsəbəsindəki qarajın yaxınlığında tapılıb. Mövcud məlumatlara görə, Kuzminovun ölümünə bir neçə güllə yarası səbəb olub.
İspaniya rəsmiləri yayılan məlumatı hələ təsdiq etməyiblər.
2023-cü ilin avqustunda Maksim Kuzminov Rusiyanın "Mi-8" helikopterini qaçırıb. O, bunu ona pul mükafatı vəd edən Ukrayna tərəfinin əmri ilə edib.
"Mi-8"-in göyərtəsində pilotun həmkarları olub. Onlar Ukrayna tərəfinə keçməkdən imtina ediblər. Bunun üçün Kuzminov onları vurub.


Baxış sayı: 65


Bölməyə aid digər xəbərlər