Bütün xəbərlər
Rusiya Paralimpiya Komitəsinin fəxri vitse-prezidenti vəfat edib
Tarix: 19-02-2024 15:21 | Bölmə: Karusel

Rusiya Paralimpiya Komitəsinin fəxri prezidenti Lev Seleznev 87 yaşında vəfat edib. Seleznevin ölüm səbəbləri barədə məlumat verilmir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Lev Seleznev Rusiyanın əməkdar məşqçisi, əməkdar bədən tərbiyəsi və idman işçisidir. 2006-cı ildən Lev Nikolaeviç Rusiya Paralimpiya Komitəsinin aparat rəhbərinin müşaviri vəzifəsində çalışırdı.
Lev Seleznevin ölümü ilə bağlı Rusiya Paralimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb. Nekroloqda Lev Nikolayeviçin ölkəmizdə paralimpiya idmanının inkişafına verdiyi töhfələrdən bəhs edilir.
1999-cu ildə Lev Seleznev Rusiya Dayaq-hərəkət Əlilliyi olan Şəxslər üçün İdman Federasiyasının yaradıcılarından biri oldu. Seleznev 2018-ci ilə qədər təşkilata rəhbərlik edib.


Baxış sayı: 58


Bölməyə aid digər xəbərlər