Bütün xəbərlər
BOK keçmiş dünya çempionu Pakyaonun 2024-cü il Olimpiadasında iştirakına icazə verməyib
Tarix: 19-02-2024 15:06 | Bölmə: Karusel

Boks üzrə səkkiz divizion üzrə keçmiş dünya çempionu Menni Pakyao Beynəlxalq Olimpiya Komitəsi tərəfindən qarşıdan gələn 2024-cü il Olimpiya Oyunlarından kənarlaşdırılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 45 yaşlı filippinli Parisə getmək istəyib.
Bu barədə Filippin Milli Olimpiya Komitəsinin prezidenti Abraham Tolentino məlumat verib.
"Bizim boks ikonamızın yaşına görə icazə verilməməsi və hər kəsin Paris Oyunlarına vəsiqə qazanması utancvericidir"- "Boxing News 24"-ə deyib.
Xatırladaq ki, Olimpiadada yarışlarda iştirak edə biləcəklər üçün yaş həddi var - 19 yaşdan 40 yaşa qədər. 2021-ci ildə boksçu kimi karyerasını başa vuran Pakyao qarşıdan gələn yarışda iştirak etmək istəyirdi.



Baxış sayı: 56


Bölməyə aid digər xəbərlər