Bütün xəbərlər
Rus qoşunları çoxlu sayda ukraynalı əsgəri əsir götürüb
Tarix: 19-02-2024 11:31 | Bölmə: Karusel

“Rossiya 24” telekanalının efirində DXR rəhbəri Denis Puşilin Rusiya qoşunlarının Donbassda çoxlu sayda Ukrayna əsgərini əsir götürdüyünü açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Puşilin düşmənin canlarını qurtarmaq üçün təslim olmaq məcburiyyətində qaldığını qeyd edərək, əsirlərin sayı ilə bağlı məlumatın Rusiya Müdafiə Nazirliyi tərəfindən açıqlanacağına aydınlıq gətirib. "Məndə olan məlumata görə, bu, kifayət qədər böyük saydır"-Puşilin deyib.
Bundan əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya prezidenti Vladimir Putinə Rusiya ordusunun Donetskin şimal ətrafı Avdeevka şəhəri üzərində tam nəzarəti haqqında məlumat verib. Müdafiə Nazirliyinin məlumatına görə, Avdeyevkanın alınmasından sonra Mərkəz qrupunun qoşunları Donetsk Xalq Respublikasının azad edilməsi istiqamətində hücum əməliyyatlarını davam etdirir.


Baxış sayı: 61


Bölməyə aid digər xəbərlər