Bütün xəbərlər
“Spartak” Martinesi satmaq istəmirdi
Tarix: 18-02-2024 18:27 | Bölmə: Karusel

Türkiyə Superliqa klubunun "Spartak"ın yarımmüdafiəçisi Kristofer Martinsi almaq cəhdi uğursuzluqla yekunlaşıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "qırmızı-ağlar" potensial alıcıların təklifini rədd etdilər.
Lüksemburq millisinin yarımmüdafiəçisi Kristofer Martins "Spartak"da qalacaq. Müəyyən bir türk klubunun təklif etdiyi məbləğ moskvalıları qane etməyib.
"Sport Express"in məlumatına görə, Türkiyə Superliqa klubu "Spartak"ın futbolçusu Martinsi almağa çalışıb. Amma türk tərəfinin təklif etdiyi şərtlər moskvalıları qane etmədi və sövdələşmə baş tutmadı. Kristofer "Spartak"da oynamağa davam edəcək.
Kristofer Martins "Spartak"a 2022-ci ilin qışında İsveçrənin "Yanq Boyz" klubundan gəlib. Bu mövsüm 26 yaşlı futbolçu 17 matçda 2 qol vurub və 3 məhsuldar ötürmə edib.


Baxış sayı: 55


Bölməyə aid digər xəbərlər