Bütün xəbərlər
"Red Bull" rəhbəri işini itirə bilər
Tarix: 16-02-2024 23:43 | Bölmə: Karusel

"Red Bull"-un rəhbəri Kristian Horner cinsi təcavüzdə günahlandırılıb. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, britaniyalı "Formula 1" komandasını tərk edə bilər.
"De Telegraaf"-ın məlumatına görə, "Rel Bull"-un rəhbəri tabeliyində olanlardan birinə seksual mesajlar göndərib. Qurbanın adı açıqlanmır.
Hornerin onu ittiham edən işçiyə susması üçün 650 min funt sterlinq təklif etdiyi də məlum olub.
50 yaşlı idman rəsmisi 2005-ci ildən formula komandasına rəhbərlik edir. Onun rəhbərliyi altında "Red Bull" yeddiqat "Formula 1" çempionu və altı dəfə Konstruktorlar çempionatının qalibi olub.


Baxış sayı: 84


Bölməyə aid digər xəbərlər