22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Kevin De Bruyne Çempionlar Liqasında həftənin oyunçusu seçilib
Tarix: 16-02-2024 19:41 | Bölmə: Karusel

“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne ötən həftə Çempionlar Liqasının ən yaxşısı olub. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 1/8 finalda Danimarka “Kopenhagen”i ilə qarşılaşmada belçikalı yarımmüdafiəçi bir qol vurub, iki məhsuldar ötürmə edib. Vətəndaşlar rəqiblərini 3:1 hesabı ilə məğlub ediblər.
“Mançester Siti”nin futbolçusu mükafat uğrunda mübarizədə PSJ-nin hücumçusu Kilian Mbappe, “Real Madrid”in hücumameyilli yarımmüdafiəçisi Brahim Diaz və “Latsio”nun yarımmüdafiəçisi Matteo Quenduzini geridə qoyub.



Baxış sayı: 127


Bölməyə aid digər xəbərlər