22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Azərbaycan güləşçisi: Hədəfim “Paris-2024” Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaqdır
Tarix: 15-02-2024 23:57 | Bölmə: Karusel

Azərbaycan güləşçisi: Hədəfim “Paris-2024” Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaqdır


Gələcək hədəfim "Paris-2024" Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaqdır.
Sabaha-inamla.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanan Nihat Məmmədli deyib.
Altmış kiloqram çəki dərəcəsində çıxış edən idmançı finala kimi olan görüşlərinin rahat keçdiyini bildirib: “Turnir mənim üçün yaxşı keçdi. Həlledici oyunlar hər zaman çətin olur. Finaldakı rəqibim də Avropa və dünya çempionu Viktor Çiovanuya idi. Xoşbəxtəm ki, Azərbaycana qızıl medalla döndüm”.
Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempionatını 6 medalla başa vurublar. Nihad Məmmədli (60 kiloqram), Murad Məmmədov (63 kiloqram) və Həsrət Cəfərov (67 kiloqram) qızıl, Rəşad Məmmədov (55 kiloqram), Ülvü Qənizadə (72 kiloqram) gümüş, Beka Kandelaki (130 kiloqram) isə bürünc medalın sahibi olub. Yığma bu göstərici ilə Avropa çempionatında komanda hesabında ikinci yeri tutub. Azərbaycan fevralın 18-dək davam edəcək turnirdə 25 güləşçi ilə təmsil olunur.





Baxış sayı: 134


Bölməyə aid digər xəbərlər