22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Çeçenistanda polis əməkdaşına hücum edən 3 yaraqlı məhv edilib
Tarix: 15-02-2024 13:13 | Bölmə: Karusel

Çeçenistanda üç silahlı şəxsin polisə hücumu ilə bağlı cinayət işi açılıb, Respublika İstintaq Komitəsinin İstintaq Komitəsi məlumat yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İdarənin məlumatına görə, fevralın 14-nə keçən gecə Starı Açxoy kəndində 3 silahlı cinayətkar polisə hücum edib. Hücum edənlər cavab atəşi ilə öldürülüb, hüquq-mühafizə orqanının əməkdaşı isə yaralanıb.
Faktla bağlı “Hüquq-mühafizə orqanı əməkdaşının həyatına qəsd etmə” maddəsi ilə cinayət işi başlanıb.
Hadisə yerindən iki odlu silah və döyüş sursatı aşkar edilib.
Hazırda hücum edənlərin şəxsiyyəti dəqiqləşdirilir.



Baxış sayı: 115


Bölməyə aid digər xəbərlər