22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Litva litvalı siyasətçilərin axtarışına görə Rusiyaya etiraz edib
Tarix: 14-02-2024 15:13 | Bölmə: Karusel

Litva Xarici İşlər Nazirliyi Rusiya tərəfinin bir neçə Litvalı siyasətçi və məmuru, o cümlədən mədəniyyət naziri Simonas Kayris haqqında axtarış elan etməsi ilə əlaqədar Rusiya Federasiyasının müvəqqəti işlər vəkilinə kəskin etirazını bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, müvafiq bəyanat Litva Xarici İşlər Nazirliyinin saytında dərc olunub.
Litva Xarici İşlər Nazirliyi fevralın 13-də “Sovet əsgərlərinin abidələrinin sökülməsinə cavabdeh olan bir sıra Litva və digər xarici vətəndaşların” Rusiya tərəfindən axtarışa verildiyini bildirib.
Litva diplomatik xidməti Moskvanın hərəkətlərini siyasi motivli adlandırıb və respublika vətəndaşlarına qarşı təqiblərə dərhal son qoyulmasını tələb edib.
Bundan əvvəl Rusiya Daxili İşlər Nazirliyi Litva, Estoniya və Latviyadan olan 30-a yaxın dövlət qulluqçusu, hakim, prokuror və digər vəzifəli şəxsləri axtarışa verib. Məlumat bazasına Litvanın mədəniyyət naziri Simonas Kayris və Klaypeda meri Arvydas Vaitkus daxil idi.



Baxış sayı: 127


Bölməyə aid digər xəbərlər