22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Lera Kudryavtseva ağır yaralanıb
Tarix: 14-02-2024 15:07 | Bölmə: Karusel

Məşhur teleaparıcı sosial şəbəkədə ayağından ağır zədə aldığını bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Kudryavtsevada ön çarpaz bağın tam qopması və sağ baldır sümüyünün yanal kondilinin sınığı var. Xəsarətin səbəbləri və şəraiti açıqlanmayıb.
"Nə səhv edirəm? Mən vicdanımla yaşamağa çalışıram, heç kimə pislik arzulamıram, işləyirəm, hər kəsə kömək edirəm, xeyriyyəçilik edirəm. Amma mənə baş verənlər bir növ sürrealdır"- teleaparıcı şikayətlənir.
Bundan əvvəl Lera Kudryavtseva yadplanetlilərlə qarşılaşma hekayələrinə görə tənqid olunan müğənni Katya Lelin müdafiəsinə qalxıb və onu internetdə dəstəkləyib.



Baxış sayı: 118


Bölməyə aid digər xəbərlər