22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Qumarxanada 27 milyon avro itirən iş adamı saxlanılıb
Tarix: 13-02-2024 10:57 | Bölmə: Karusel

Vilnüsdə ona məxsus olmayan kazinoda 27 milyon avroya yaxın pul itirən sahibkar saxlanılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Vilnüs Şəhər Dairə Məhkəməsi öz saytında məlumat yayıb. Qeyd edildiyi kimi, Sarunas Stepukonis çalışdığı şirkətdən 27 milyon avro mənimsəməkdə və xərcləməkdə şübhəli bilinir. Məhkəmənin qərarı ilə Stepukonis iki həftə həbs edilib. İstintaq müəyyən edə bilib ki, sahibkar pulu kazinoda itirib.
Saxlanılan şəxs "BaltCap" investisiya şirkətinin fondunda şərik olub. Pulun əskik olduğu üzə çıxanda Stepukonis Litvada olmayıb. KİV-in məlumatına görə, o, Ukraynada olub. Onun orada qalma məqsədi bəlli deyil. TASS xəbər verir ki, Stepukonis ötən həftə Litvaya qayıdıb və fevralın 10-da hakimiyyət orqanlarına təslim olub.



Baxış sayı: 113


Bölməyə aid digər xəbərlər