Bütün xəbərlər
Bazarda baş verən güclü yanğın söndürülüb
Tarix: 11-02-2024 14:03 | Bölmə: Karusel

Yanğınsöndürənlər Mayski şəhərinin mərkəzi bazarında baş verən yanğını tam söndürüblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin yenilənmiş məlumatına görə, bazar günü səhər Mayski şəhərindəki mərkəzi bazarda başlayan yanğının sahəsi 1000 kvadratmetr təşkil edib. Daha əvvəl bildirilmişdi ki, ticarət pavilyonunun dam örtüyünün yanğın sahəsi 2000 kvadratmetr təşkil edib.
Saat 12:24-də xilasedicilər yanğının tam söndürüldüyünü bildiriblər. İlkin məlumata görə, xəsarət alan yoxdur. Yanğının baş vermə səbəbləri və şəraiti araşdırılır.



Baxış sayı: 56


Bölməyə aid digər xəbərlər